AZ

Millinin müdafiəçi ürəyini “Sportinfo”ya boşaltdı

Azərbaycan millisinin üzvü Elvin Bədəlov "FİFA Series-2026"nın final oyunundan sonra Sportinfo.az-a açıqlama verib.

Müdafiəçi ilk öncə əldə olunan uğur barədə danışıb:

"Əlbəttə, çox sevincliyik. Milli komandada qələbələr qazanmaq hər zaman xoşdur. İlk dəfədir qalib gəlmişik. Düzdü, iki oyundan ibarət turnir idi. Amma qələbə hər zaman qələbədir.

Həm meydanda, həm də paltardəyişmə otağında sevincimiz böyük idi. Rəhbərlik, məşqçilər və futbolçular bir yerdə bu yola çıxmışdıq, bir yerdə də sevinirdik.

Bu milli hamımızındır, bu qələbə hamının qələbəsidir. Rəqiblərin zəif olması fikri səslənir, amma bura milli komandadır.

Qələbələrə sevinmək lazımdır. Xatirələrimizdə qalacaq. Klubda və millidə əldə olunan qələbələrin yeri başqadır. Müqayisə etmək olmaz".

Təcrübəli oyunçu turnirin qarşıdan gələn rəsmi oyunlara hazırlıq baxımından çox faydalı olacağını sözlərinə əlavə edib:

"İlin ilk oyunlarıdır. Sent Lüsiyadan fərqli olaraq Syerra-Leone çətin rəqib idi. Qələbələr milliyə inamı qaytardı.

Bundan sonra rəqiblər daha çətin olacaq. Əsas hədəf Millətlər Liqasındakı oyunlara hazır olmaqdır.

Hazırlıq üçün bu görüşlər çox vacib idi. Yay toplanışında bizə uyğun San Marino və Malta ilə yoxlama görüşləri olacaq.

D liqasında qrupda təxminən bu gücdə millilər bizi gözləyir. Qələbələrin davamını yay toplanışında da gətirməyə çalışacağıq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (9:8) Azərbaycan yığması turnirin qalibi olub.

Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.

XANOĞLAN

Seçilən
1
50
sportinfo.az

10Mənbələr