AZ

İran ətrafındakı konflikt geostrateji dalana dirənib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi ilə görüşündə regional və qlobal məsələlər, eləcə də NATO-nu maraqlandıran mövzuların müzakirə edildiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan qeyd edib ki, İran məsələsinə yönəlmiş müdaxilə ilə başlayan proses geostrateji dalana dirənib və beynəlxalq ictimaiyyət bu münaqişəni sona çatdırmaq üçün səylərini artırmalıdır.

O, NATO-nun Türkiyənin hava hücumundan müdafiə sisteminə verdiyi dəstəyə diqqət çəkərək, bu əməkdaşlığın İttifaqın təsir gücünü və birgə dayanma qabiliyyətini bir daha ortaya qoyduğunu bildirib.

Prezident Ərdoğan həmçinin Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərin davam etdirildiyini vurğulayıb.

Görüş zamanı, NATO-nun 77-ci ildönümünü qeyd edən Ərdoğan, 7-8 iyul 2026 tarixlərində keçiriləcək NATO Ankara Zirvəsində İttifaqı gələcək çağırışlara qarşı daha dayanıqlı və təsirli edəcək qərarların qəbul olunmasını arzuladığını bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
50
icma.az

10Mənbələr