ABŞ federal agentləri öldürülən iranlı general Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşarı və onun qızını saxlayıblar.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, bu addım ABŞ dövlət katibi Marko Rubionun onların “green card” sənədlərini ləğv etməsindən sonra atılıb.
Məlumatda bildirilir ki, hər iki şəxs bundan sonra ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin nəzarətinə götürülüb.
Dövlət Departamenti də saxlanmanı ictimai açıqlama ilə təsdiqləyib.
Xatırladaq ki, SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta