AZ

ABŞ Qasım Süleymaninin qardaşı qızını həbs etdi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin iki ailə üzvü həbs olunub. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

Qeyd olunub ki, 2020-ci ildə ABŞ tərəfindən öldürülən iranlı generalın qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızının daimi yaşayış icazələri də ləğv edilib. 

Onlar Marko Rubionun əmrindən sonra federal agentlər tərəfindən həbs olunub və hazırda İmmiqrasiya və Gömrük Mühafizəsinin nəzarətindədirlər. 

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, "media xəbərlərinə və sosial mediada dərc olunan şərhlərə görə, Həmidə Süleymani Əfşar İranın totalitar və terrorçu rejiminin açıq şəkildə dəstəkçisidir".

Onun artıq silinmiş "İnstagram" hesabındakı paylaşımlarda Los-Ancelesdə dəbdəbəli bir həyat sürdüyü qeyd olunurdu.

Süleymaninin daimi yaşayış icazəsi ləğv edilməklə yanaşı, həyat yoldaşının ABŞ-yə girişi də qadağan edilib.

Ağarza Elçinoğlu 

Seçilən
2
50
unikal.az

10Mənbələr