Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Naxçıvan, 4 aprel, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib. Yarışda oğlanlar və qızlar olmaqla, ümumilikdə 74 şahmatçı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışın əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra turnirə start verilib.
Mükafatçılar İsveçrə sistemi üzrə 7 turdan ibarət mübarizə nəticəsində müəyyənləşib. Nigar Qənbərli 6,5 xalla turnirin qalibi olub. Aktivində 6 xalı olan Həsən Məmmədov və Fərəməz Quliyev yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar.
Mükafatlandırma zamanı turnirdə iştirak edən şəhid övladları Ələkbərov Əsəd Bağır oğlu və Novruzlu Bahadur Ümid oğlu fəxri fərman və hədiyyələrlə təltif olunublar. Baş hakim Röya Cəlilovaya təşəkkürnamə təqdim olunub. İlk üç yerin sahibləri və yaş kateqoriyaları üzrə fərqlənən iştirakçılar diplom və medallarla mükafatlandırılıb.
Müxbir- Nail Əsgərov


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.