Hörmüz boğazından keçən yüklər bir həftə sonra, 11 apreldə Avropa Birliyinə çatacaq.
News365.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev X hesabında yazıb.
“Lakin bu tarix şənbə gününə düşdüyü üçün Avropa bürokratları tərəfindən güclü nəzarət aparılması ehtimalı azdır. Ancaq hazır olmaq lazımdır. Təxminən 20 aprelə qədər də yanacaq ehtiyatları tükənəcək”, - deyə Dmitriyev əlavə edib.
Qeyd edək ki, daha öncə Dmitriyev enerji daşıyıcısı və xammal qiymətlərinin daha da artmasının iqtisadiyyata ciddi təsir göstərəcəyini və inflyasiyanın sürətlənməsinə səbəb olacağını da bəyan etmişdi.