AZ

İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilərVİDEO

İcarəyə verilən avtomobillər üçün icbari sığorta haqqının artırıla bilər.

Xezerxeber.az-ın məlumatına görə, şəxsi məqsədlərlə istifadə olunan avtomobillərə münasibətdə sərnişin daşımalarında istifadə edilən taksi nəqliyyat vasitələrinin başqalarının əmlakına və səhhətinə zərər vurma ehtimalının yüksək olduğu göstərilib. Bu səbəbdən də taksi fəaliyyəti üçün istifadə edilən avtomobillərin icbari sığorta haqqı artırılıb.

Sığorta məsələləri üzrə ekspertlər bildirirlər ki, gələcəkdə oxşar yanaşma icarə avtomobillərinə də tətbiq oluna bilər. Bu, avtomobilin müxtəlif sürücülər tərəfindən müntəzəm istifadəsi və risk faktorlarının yüksək olması ilə bağlıdır.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirib ki, bir çox ölkələrdə taksi və kommersiya sərnişin daşımaları üçün icbari sığorta haqları fərqləndirilir. Yəni bu avtomobillər kommersiya sığortası tələb edir və şəxsi avtomobil sığortası ilə müqayisədə daha yüksək ödənişlər nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ və Avropa ölkələrində risk daha yüksək olduğundan əmsal 2, 2.5 olmaqla hesablanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
44
xezerxeber.az

10Mənbələr