AZ

Ərdoğan: Türkiyə Ukrayna Rusiya danışıqlarını dəstəkləyəcək

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə gələcəkdə də Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib."Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var", - Türkiyə Prezidenti bildirib.Ərdoğan Türkiyənin Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu diqqətə çatdırıb.O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qərarlı olduğunu, bunun üçün lazımi addımları atmağa davam edəcəyini bildirib.Görüşdə Ukraynanın Fars körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirməsi müsbət qiymətləndirilib./report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
39
azxeber.com

10Mənbələr