AZ

“İsrail vurdu” mifini Türkiyə təkzib etdi

Yenə eyni ssenari. Hadisə baş verir və faktlar ortaya çıxmamış günahkar artıq “tapılır”: İsrail. Sübut yoxdur, analiz yoxdur, amma hökm var. Bu artıq təsadüfi deyil - bu, refleksdir. Amma bu dəfə faktlar bu refleksi ifşa etdi.

Məsələ ilə bağlı “Hürriyet Daily News” açıq və birmənalı nəticə təqdim edir.

Məqalənin adı: ”No signs of attack in Turkish military plane crash on Georgia-Azerbaijan border” (Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hücum əlaməti yoxdur)

Bu, diplomatik formul deyil. Bu, açıq təkzibdir. İstintaqın nəticələri bunu birbaşa deyir: “There was no evidence of external interference or explosive”. (Xarici müdaxilə və ya partlayıcı maddəyə dair heç bir sübut aşkar edilməyib.)

“No shrapnel or damage patterns consistent with nearby detonation were found.” (Yaxınlıqda partlayışa uyğun qəlpə və ya zədələnmə izləri aşkarlanmayıb.)

Amma bu hadisəni yalnız texniki qəza kimi təqdim etmək də onu natamam izah etməkdir.

Bu təyyarə adi marşrut yerinə yetirmirdi. O, Bakıda keçirilən hərbi tədbirlərdən sonra - Azərbaycanın 2020-ci il Qarabağ qələbəsinə həsr olunmuş tədbirlərdə iştirak edən hərbçiləri daşıyırdı. Bu kontekst hadisəni avtomatik olaraq daha geniş geosiyasi çərçivəyə yerləşdirir.

12 noyabr 2025-ci ildə Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin qəzaya uğradı, Nəticədə 20 hərbçi şəhid oldu. Bu, sadəcə statistika deyil. Bu, regionda hərbi əməkdaşlığın, siyasi simvolizmin və təhlükəsizlik həssaslığının kəsişdiyi nöqtədə baş verən insidentdir.

Turkey

Məhz buna görə də bu qəza dərhal “adi qəza” kimi qəbul edilmir. Və məhz buna görə də alternativ versiyalar — o cümlədən “İsrail izi” kimi iddialar sürətlə yayılır.

Lakin burada sərhəd çəkilməlidir. Çünki faktlar deyir ki, hücum yoxdur. Narrativlər isə deyir ki, günahkar var.

Bu iki xətt üst-üstə düşmür. Əgər hərbi kontekstdə baş verən hər bir insident avtomatik şəkildə xarici hücum kimi təqdim olunursa, bu artıq analiz deyil - bu, düşüncə xətasıdır. Bu düşüncə isə həqiqəti tapmağa yox, onu əvəz etməyə xidmət edir.

C-130”

Daha təhlükəlisi isə budur: belə yanaşma real riskləri görünməz edir. Çünki hər şey “kənar düşmən” izahı ilə bağlananda, sistem daxilindəki problemlər, texniki səbəblər və struktur zəifliklər kölgədə qalır.

Nəticədə nə baş verir? Həqiqət ikinci plana keçir.

Şübhə isə əsas alətə çevrilir. Bu artıq sadəcə informasiya problemi deyil. Bu, təhlükəsizlik problemidir.

Və ən təhlükəlisi odur ki, bu cür yanaşma ilə bir gün real təhlükə ilə uydurma təhlükə arasındakı fərq tamamilə itə bilər.

Huriyetdailynews.com/no-signs-of-attack-in-turkish-military-plane-crash-on-georgia-azerbaijan-border-220610

Seçilən
0
50
musavat.com

10Mənbələr