Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüş baş tutub.
"Football-plus.az" xəbər verir ki, NTD “Sumqayıt”ı məğlub edib.
Bakı İdman Sarayında keçirilən qarşılaşma paytaxt təmsilçisinin 121:107 hesablı qələbəsi ilə başa çatıb.
Daha əvvəl baş tutan matçlarda “Naxçıvan” “Sərhədçi”ni (98:87), “Şəki” “Quba”nı (101:89), “Gəncə” “Lənkəran”ı ( 91:55) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta