AZ

Livana endirilən zərbələr nəticəsində ölənlərin sayı 1 400-ü keçib

İsrail Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində son 24 saatda azı 54 nəfər ölüb, daha 156 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Martın 2-də, hərbi eskalasiyanın başlanğıcından bəri ölənlərin ümumi sayı 1 422-ni keçib, 4 294 nəfər yaralanıb. Yaralananlar arasında 1 203 nəfər kişi, 126 uşaq və 93 qadın var", - nazirlik qeyd edib.

Seçilən
0
42
far.az

10Mənbələr