AZ

Gənc özbək Cavohir Karuana və Nakamuranı mat qoyub

İddiaçıları turnirində 5 xaldan 4,5-ni toplayan özbəkistanlı şahmatçı Cavohir Sindarov Hikaru Nakamuranı məğlub etdikdən sonra liderliyini daha möhkəmləndirib.

Musavat.com gazeta.uz-a istinadla xəbər verir ki, 20 yaşlı Sindarov Fabiano Kruanadan sonra turnirin ikinci favoritini məğlub edərək dünya reytinqində beşinci yerə yüksəlib.

Liderlərə qarşı oyunlardakı fenomenal dəqiqliyi ilə bağlı sualları cavablandıran Cavohir qeyd edib ki, əslində turnirdən əvvəl çox vaxt sərf etməyib, sadəcə hər kəsə qarşı necə oynayacağımı başa düşür. “Amma oyunlardan əvvəl çox işləyirəm. Mənə xoş gəlir - həmişə raundlardan əvvəl çox hazırlaşıram və bu, öz bəhrəsini verir", - deyə qrossmeyster izah edib.

Sindarov həmçinin uzunmüddətli planlarını açıqlaraq deyib ki, növbəti 10 il ərzində ilk 5-likdə olmaq və 2800 reytinq həddini keçmək əzmindədir.

Qeyd edək ki, bir neçə il öncəyə qədər Azərbaycan şahmatçıları da beynəlxalq arenalarda öz adlarından söz etdirir, FİDE-nin reytinqində olk onluqda yer alırdılar. Son illərdə isə şahmatçırımız potensial və məktəblərinə layiq performans sərgiləmirlər.

Musavat.com

Seçilən
1
38
musavat.com

10Mənbələr