AZ

İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi

style='margin-bottom:10px;'>

Braziliyalı futbolçu Oskar 34 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, “San-Paulu”nun məlumatına görə, bu qərara səbəb futbolçuda aşkarlanan ürək problemi olub. O, noyabrın 11-də tibbi baxış zamanı huşunu itirib və daha sonra bu diaqnoz qoyulub.

Oskar qərarından məyus olduğunu bildirib: 

“Oynamağa davam etmək istəyirdim, amma alınmadı. Artıq klubumu azarkeş kimi dəstəkləyəcəyəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan yarımmüdafiəçi daha çox “Çelsi”dəki çıxışı ilə tanınıb və bu klubla İngiltərə çempionu olub. O, həmçinin “İnternasyonal” və “Şanxay Port”da da forma geyinib.

Seçilən
27
14
teleqraf.com

10Mənbələr