ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask 16 yaşına qədər rus ədəbiyyatı da daxil olmaqla, dünya klassikasının əsas incilərini oxuyub bitirib.
Ölkə.Az-ın məlumatına görə, bu barədə milyarderin atası, yüksək texnologiyalı investisiyalar və innovasiyalar sahəsində beynəlxalq ekspert Errol Mask TASS-a müsahibəsində bildirib.
"Mən övladlarıma Dostoyevskini, Tolstoyun əsərlərini və ya digər klassikləri oxumağı tövsiyə etmirdim. Onlar özləri bu kitabları götürüb oxuyurdular. İlon 16 yaşına çatanda artıq bütün əsas klassik əsərləri oxumuşdu", - deyə o qeyd edib.
Errol Maskın sözlərinə görə, İlonun mütaliəyə marağı hələ erkən yaşlarından özünü büruzə verib. Atası onun uşaqlığı ilə bağlı maraqlı bir xatirəni də bölüşüb:
"O, balaca olanda həmişə çox qalın kitablar oxuyardı. Bir dəfə yaşlı bir adam ondan soruşdu: 'Sən həqiqətən oxuyursan, yoxsa sadəcə şəkillərə baxırsan?'. İlon isə cavabında: 'Siz kəmsavadmısınız (və ya axmaqsınız)?' - dedi. Bu, uydurma deyil, tamamilə real hadisədir".
Böyük Mask vurğulayıb ki, uşaqlarının oxu vərdişlərinin formalaşmasına heç vaxt müdaxilə etməyib:
"Onlara kitab məsləhət görmürdüm – özləri tapırdılar. Məndə də belə olub: atam heç nə tövsiyə etmirdi, amma mən 16 yaşımda artıq 'Atlant çiyinlərini dikəltdi', 'Cinayət və cəza' kimi bir çox əsərləri oxumuşdum".
Sonda Errol Mask Fyodor Dostoyevskinin yaradıcılığına toxunaraq bildirib ki, yazıçının ilk baxışdan sadə görünən süjetləri belə "ilk səhifələrdən insanı sehrləyir":
"Dostoyevskidə hekayə sadə görünsə də, oxumağa başlayan kimi ondan ayrılmaq mümkün deyil. Bu, insan haqqında olan ədəbiyyatdır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.