AZ

Sel səbəbindən təcili vaksinasiya işlərinə BAŞLANILDI

Dağıstanda hepatit A virusuna qarşı təcili peyvəndləmə kampaniyasına start verilib.

Musavat.com xəbər verir ki, buna bölgədə baş verən güclü daşqınlar nəticəsində infeksiya ocaqlarının yaranma riskinin kəskin artması səbəb olub.

İlk növbədə iaşə və qida ticarəti sahəsinin işçiləri, mətbəx personalı, kanalizasiya şəbəkələrinin əməkdaşları, həmçinin fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər və müvəqqəti sığınacaqlarda yerləşdirilən sakinlər vaksinasiya olunacaqlar.

Bununla yanaşı, Dağıstanın Kaspiysk şəhərində 30-dan çox sakin zəhərlənmə əlamətləri ilə tibbi yardıma müraciət edib. Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin məlumatına görə, ilkin ehtimallara əsasən, kütləvi zəhərlənməyə səbəb içməli sudan istifadə olub.

Xatırladaq ki, martın 28-də Dağıstanda baş verən güclü leysan yağışları və qasırğa bir çox rayonlarda dağıdıcı sel və daşqınlara yol açıb.

Musavat.com

Seçilən
3
35
musavat.com

10Mənbələr