AZ

Pakistan XİN: İran ilə ABŞ arasında vasitəçilik səyləri davam edir

Pakistanın İran ilə ABŞ arasında vasitəçilik səyləri davam edir və proses doğru istiqamətdədir.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Pakistanın İran və ABŞ arasındakı vasitəçilik səyləri doğru istiqamətdədir. Bu təşəbbüsün dayandırılmasına dair xəbərlər əsassızdır", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Yaxın Şərqdə gərginliyi aradan qaldırmaq üçün Pakistanla Çin beş bəndlik sülh təşəbbüsü ilə çıxış edib.

Seçilən
2
50
ikisahil.az

10Mənbələr