İspaniya La Liqasının 30-cu turunda “Malyorka” ilə Madrid “Real”ı üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, görüş Palma-de-Malyorkadakı “Malyorka Son Moiq” stadionunda baş tutub. Matçın baş hakimi Xose Sançes Martinez olub.
Ev sahibləri matçı 2:1 hesabı ilə qələbə ilə başa vurub.
Matçın ilk qolunu “Malyorka”nın yarımmüdafiəçisi Manu Morlanes 41-ci dəqiqədə vurub. Qonaqların müdafiəçisi Eder Militao 88-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 90+2-ci dəqiqədə ev sahiblərinin hücumçusu Vedat Muriki yekun hesabı müəyyən edib – 2:1.
30 turdan sonra Madrid “Real”ı 69 xalla ikinci pillədə qərarlaşıb. “Malyorka” isə düşmə zonasını tərk edərək 15-ci sıradadır və komanda 31 xal toplayıb.
Növbəti turda Alvaro Arbeloanın rəhbərlik etdiyi “Real” 10 aprel tarixində evdə “Xirona” ilə qarşılaşacaq. “Malyorka” isə 12 aprel tarixində “Rayo Valyekano” ilə üz-üzə gələcək.