Müğənni Səidə Dadaşova Xalq artisti Brilliant Dadaşova və aktrisa anası Sədaqət Dadaşova ilə illər sonra bir araya gəlməsindən danışıb.
"İbo şou"ya qonaq olan Səidə bununla bağlı suallara belə reaksiya verib:
"Heç kimdən küsmürəm, kinli deyiləm. Küsülü deyildim. Lazımlı insanlarla barışdım. Bunu şişirtməyin".
Qeyd edək ki, Səidə və ailəsi arasında qalmaqal yaşanmışdı. İfaçı anasının və bütün ailəsinin ondan imtina etdiyini bildirmişdi. Səidə mərhum Xalq artisti Rafael Dadaşov və Sədaqət Dadaşovanın qızıdır. (Axşam.az)