Xəbər verdiyimiz kimi, Sumqayıtda eyni ailənin altı üzvü dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisədə iki yaşlı qızını itirən ata - Kamil Cəbrayılovun vəfat edən körpəsini morqdan çıxardığı anlar insanları duyğulandırıb.
9 uşaq atası xəstəxanaya yerləşdirilən uşaqlarından ikisinin vəziyyətinin ağır olduğunu bildirib: "Təəssüflər olsun ki, səhər saat 5-də zəng edib Gülcənnətin dünyasını dəyişdiyini bildirdilər. Çox ağır dərddir, qızımı az öncə dəfn edib gəlmişəm. Hazırda digər beş övladımın müalicəsi davam edir, tək duam onların sağ-salamat ayağa qalxmasıdır".
Qeyd edək ki, aparılan müalicə və müayinələrə baxmayaraq, 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin həyatını xilas etmək mümkün olmayıb.