AZ

Afrika ölkələrinin birində vəba epidemiyasının yayıldığı açıqlandı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Burundinin səhiyyə naziri Lidvin Baradaxana ölkədə vəba epidemiyasının yenidən başladığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, paytaxt Bujumburada keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, hazırda vəba üzrə ixtisaslaşmış iki müalicə mərkəzində 34 xəstə var. Təkcə aprelin 1-də 18 yeni xəstə qəbul olunub.

Hökumət orqanları yoluxma hallarının artmasını sanitar-gigiyenik qaydalara kifayət qədər əməl olunmaması ilə əlaqələndirirlər. Hökumət UNICEF-in dəstəyi ilə cavab tədbirlərini gücləndirir.

Qeyd edək, vəba "Vibrio cholerae" bakteriyasının törətdiyi kəskin bağırsaq infeksiyasıdır. Çirkli su və qida vasitəsilə yayılır. Əsas simptomlara ishal, güclü qusma, sürətli susuzlaşma, əzələ qıcolmaları və arterial təzyiqin kəskin düşməsi daxildir. Vaxtında müalicə olunmadıqda xəstəlik bir neçə saat ərzində ölümlə nəticələnə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
oxu.az

10Mənbələr