AZ

"Het-trik etmək hər zaman xoşdur”

Norveçli hücumçu Erlinq Holann İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti" komandasının "Liverpul" üzərində 4:0 hesablı qələbəsindən sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, oyunda het-trikə imza atan futbolçu bildirib: “Birinci hissədə bir qədər çətinlik çəkdik, lakin mübarizəni davam etdirdik və nəticədə möhtəşəm oyun oldu. ‘Uembli’yə daha bir səfər bizim üçün çox vacib və sevindiricidir”.

Holann sözlərinə əlavə edib: “Uzun müddətdir ‘Mançester Siti’ ilə het-trik etmirdim, buna görə də bu, doğru vaxt idi. Het-trik etmək hər zaman xoşdur”.

Qeyd edək ki, yarımfinal mərhələsində "Mançester Siti"nin rəqibi daha sonra müəyyənləşəcək.

Seçilən
18
13
90deqiqe.az

10Mənbələr