Bu ərazidə binalar TƏHLÜKƏ SAÇIR
Ajans.az xəbər verir ki, köhnə bina ilə ona bitişik şəkildə inşa olunan yeni tikili arasında demək olar ki, məsafə yoxdur. Bu isə bir sıra mənfi nəticələrə səbəb olur. Belə ki, yeni bina digər tikilinin günəş şüalarını kəsir, mənzillərin təbii işıqlanmasını azaldır. Bununla yanaşı, binalar arasında məsafənin olmaması havalandırma problemləri yaradır, nəticədə mənzillərdə rütubət artır və sağlamlıq üçün risklər formalaşır. Ətraflı videoda: