AZ

Spirtli içki qəbul edən insanları ağcaqanadlar daha çox sancır

Rusiyada 2026-cı ilin yazında ağcaqanadların çoxalacağı gözlənilir və bəzi insanları digərlərindən daha tez-tez sancacaqları bildirilir.

Bizim.Media xəbər verir ki, intensiv fiziki yüklənmə zamanı süd turşusu və tərin ifrazı artır, bu da insanı ağcaqanadlar üçün daha cəlbedici edir.

Ağcaqanadların birinci və ikinci qan qrupuna malik insanları daha çox sancdığı, xüsusilə də bu qrupların daşıyıcılarını daha tez-tez hədəf aldığı qeyd olunur.

Sancılma tezliyinə dərinin temperaturu, fiziki aktivlik səviyyəsi və hətta geyim də təsir göstərir.

Ağcaqanadlar tünd və parlaq rəngləri daha yaxşı seçirlər. Rasionunda duz çox olan insan da onlar üçün daha nəzərəçarpan olur.

Ağcaqanad sancması riskini artıran digər amillərdən biri isə alkoqol qəbuludur.

Spirtli içki bədən temperaturunu yüksəldir və nəfəsalmanı sürətləndirir. Bu isə karbon qazı ifrazını artıraraq insanı həşəratlar üçün daha görünən edir.

Bizim.Media

Seçilən
8
3
bizim.media

10Mənbələr