AZ

Şokolad böhranı yaxınlaşır: dünya şirniyyatsız qala bilər

İqlim dəyişikliyi səbəbindən dünya kakao istehsalının mərkəzi sayılan Qana və Kot-d’İvuar kimi ölkələrdə ciddi problemlər yaranır.

Musavat.com xəbər verir ki, mütəxəssislər bildirirlər: temperaturun yüksəlməsi və yağıntıların azalması bu regionlarda kakao plantasiyalarını təhlükə altına salır.

Araşdırmalara görə, 2050-ci ilə qədər kakao üçün yararlı torpaqların təxminən yarısı yox ola bilər. Bu isə şokolad sənayesinə ağır zərbə deməkdir. Artıq bazarda bunun ilkin təsirləri hiss olunur - kakao qiymətləri son dövrdə 400 faizdən çox artıb.

İstehsalçılar isə artan xərclər fonunda çıxış yolu kimi şokolad məhsullarının ölçüsünü kiçiltməyə başlayıblar. Ekspertlər hesab edir ki, bu tendensiya davam edərsə, gələcəkdə şokolad həm daha bahalı, həm də daha az əlçatan məhsula çevrilə bilər.

Nəticədə, şirniyyat sevənlər üçün yaxın onilliklərdə ciddi dəyişikliklər qaçılmaz görünür - şokolad artıq əvvəlki kimi adi və ucuz məhsul olmaya bilər.

Musavat.com

Seçilən
30
11
musavat.com

10Mənbələr