Meksikanın İdalko-del-Parral şəhərində 25 yaşlı Sara Mişel saxlanılıb. Musavat.com xəbər verir ki, polis məlumatına görə, qadın 26 yaşlı tərəfdaşının cinsi əlaqədən imtina etməsindən sonra ona hücum edib.
Bildirilir ki, Sara Mişel kişini kəmərlə döyüb, onu təhqir edib, daha sonra isə xəyanət şübhəsi ilə telefonunu yoxlamağa başlayıb. Hadisə nəticəsində zərərçəkən şəxs əl və bel nahiyəsindən xəsarətlər alıb və polisə müraciət edib.
Məlumata görə, insident kişinin qızının gözü qarşısında baş verib. Şübhəli qadın saxlanılıb, iş isə araşdırılması üçün prokurorluğa göndərilib.
Bu hadisə bir daha göstərir ki, “yox” cavabı hər iki tərəf üçün eyni dərəcədə toxunulmaz olmalıdır.
Musavat.com