AZ

Ağcaqanadlar ən çox kimləri sancırlar?

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qarşıdan ağcaqanadların mövsümü gəlir. Bəs onların diqqətini daha çox cəlb edən qurbanlar kimlərdir?

Oxu.Az xəbər verir ki, rusiyalı həkim Yelena Aleksentseva bu barədə ura.ru-ya idanışıb.

Onun sözlərinə görə, ağcaqanadlar daha çox tünd və parlaq rəngli geyimlər geyinən, spirtli içki qəbul edən və fiziki aktivliyi yüksək olan insanları sancırlar.

Ekspert qeyd edib ki, ağcaqanadlar tər, karbon qazı və bəzi dəri qoxularına daha həssasdır, həmçinin I və II qan qrupuna üstünlük verirlər.

Həkim əlavə edib ki, ağcaqanad sancmaları malyariya, Qərbi Nil qızdırması, yapon ensefaliti və borrelioz kimi xəstəliklərin ötürülməsinə səbəb ola bilər.

O, sancmadan sonra şişkinlik, qızartı və ya digər narahatedici əlamətlər yaranarsa, həkimə müraciət etməyi tövsiyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
oxu.az

10Mənbələr