AZ

Vətən müharibəsindən sonra minadan ölənlərin sayI

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanı olan insanların sayı açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycanda Vətən müharibəsindən sonra mina qurbanı olan insanların sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.

 

Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.

Seçilən
15
7
senzor.az

10Mənbələr