Tailandda dizel yanacağının pərakəndə qiymətləri son bir ayda 50%-dən çox artaraq 1,5 dəfədən artıq bahalaşıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Banqkokda “Bangchak” enerji şirkətinin yanacaqdoldurma məntəqələrində palma yağı qarışıqlı dizelin qiyməti bir ay ərzində 29,94 batdan (0,92 dollar) 50,59 bata (1,55 dollar) qədər yüksəlib. Son sutkada isə qiymətlər əlavə olaraq 2,8 bat artıb. Premium dizelin qiyməti isə 70,94 bata (2,17 dollar) çatıb.
Bildirilir ki, qiymət artımı dünya bazarında neft və neft məhsullarının qiymətlərindəki dəyişkənlik fonunda subsidiyaların azaldılması qərarı ilə bağlıdır.