AZ

Messi "İnter Mayami"nin yeni stadionda ilk qolunu VURDU

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"nin yeni stadionu olan "Nu Stadium"da vurulan ilk qolun müəllifi olub.

Redaktor.az xəbər verir ki, "İnter Mayami" yeni arenada ilk matçını keçirib.

Komanda MLS-in müntəzəm çempionatı çərçivəsində "Ostin"i qəbul edib. Messi 10-cu dəqiqədə fərqlənib. Görüş 2:2 hesabı ilə başa çatıb.

"Nu Stadium"un maksimal tutumu 26 700 nəfərdir. Əvvəllər "İnter Mayami" Fort-Loderdeyl şəhərindəki "Çeyz-Stedium"da çıxış edirdi.

Messi 2023-cü ilin yayından "İnter Mayami"nin heyətində çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir.

Seçilən
29
4
redaktor.az

5Mənbələr