Bu gecə Amerikanın MLS liqasında 6-cı turun oyunları keçirilib. “Atlanta Yunayted”in qonağı olan “Kolambus Kryu” inamlı qələbə qazanıb – 3:1. Bu həm də ohayoluların mövsümdəki ilk qələbəsidi. Təəssüf ki, qələbədə Nəriman Axundzadənin imzası yoxdu. Həmvətənimiz yalnız 90-cı dəqiqədə, yəni artıq bütün qollar vurulandan sonra meydana çıxıb.
“Kolambus Kryu” Şərq konfransının turnir cədvəlində 15 komanda arasında 11-ci pillədə qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta