Bakı. TurkicWorld:
Erməni publisisti, yazıçı, ictimai-siyasi xadim və səyyah Zori Balayan dünyasını dəyişib.
TurkicWorld- un məlumatına görə, onun ölüm xəbərini oğlu Ayk Balayan açıqlayıb.
Qeyd edək ki, Zori Balayan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən və separatçılığın başlıca ideoloqlarından biri kimi tanınıb.