ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan futbol yığmasının və ABŞ-nin “Kolambus Kryu” klubunun hücumçusu Nəriman Axundzadə MLS-də (Major League Soccer - Ali Futbol Liqası) növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, 21 yaşlı forvard müntəzəm mövsümün altıncı turu çərçivəsində “Atlanta Yunayted”ə qarşı səfər matçında iştirak edib. Gənc futbolçu qarşılaşmanın 90-cı dəqiqəsində Andres Erreranı əvəzləyib.
Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə “Kolambus Kryu” üçün cari mövsümdə ilk qalibiyyət olub.
Qış fasiləsində “Qarabağ”dan transfer edilən Axundzadənin ABŞ təmsilçisi ilə 2029-cu ilin yayınadək müqaviləsi var.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.