"Fulhem"in futbolçusu Harri Uilson Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" uelsli vingeri heyətinə qatmaq istəyir.
Bu barədə "TEAMtalk" məlumat yayıb.
Uilsonun klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan Mersisayd təmsilçisi mövsümün sonunda azad agent statusunda olacaq 29 yaşlı oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.
Təcrübəli futbolçu ilə "Tottenhem" də yaxından maraqlanır.
Qeyd edək ki, Harri Uilson "Liverpul"un yetirməsidir. Uels millisinin üzvü 2021-ci ilin yayında Mersisayd təmsilçisindən 14 milyon avro qarşılığında "Fulhem"ə keçib. O, cari mövsümdə London klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Tottenhem”in sabiq futbolçusu butslarını mismardan asdı - RƏSMİ
Fabreqas ən yaxşı adına layiq görülüb
“Çelsi” kapitanını cəzalandırıb
“Trabzonspor” - “Qalatasaray” matçı bu kanalda
Fernandeş ayın oyunçusu seçildi