AZ

Zori Balayan öldü

Erməni yazıçı Zori Balayan ölüb.

Onun öldüyünü oğlu Ayk Balayan açıqlayıb.

Qeyd edək ki, Zori Balayan Azərbaycana qarşı ərazi iddiaları, separatçılığın əsas ideoloqlarından biri olub.

Xatırladaq ki, Zori Balayan erməni separatizminin məşhur ideoloqu olmaqla yanaşı Xocalı soyqırımının təşəbbüskarlarından biri olub.

Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarları Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşıb.

Kitabda Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi olub.

Zori Balayan, həmçinin “Ruhumuzun dirçəlişi” (türkcə: “Ruhumuzun Canlanması”) kitabında Xocalı soyqırımı zamanı törətdiyi vəhşilikləri öz dilindən etiraf edən şəxs kimi də tanınır.

Azərbaycan tərəfindən törətdiyi cinayətlərə görə barəsində cinayət işi açılmış və İnterpol tərəfindən axtarışa verilmişdi.

AzPost.az

Seçilən
2
2
azpost.info

10Mənbələr