Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” komandasının hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
Publika.az xəbər verir ki, 21 yaşlı hücumçu VI tur çərçivəsində “Atlanta Yunayted”lə səfər matçında iştirak edib.
O, 90-cı dəqiqədə meydana çıxıb və Andres Erreranı əvəzləyib.
Qarşılaşma Nərimanın komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.