ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Alman səyyahlardan biri Azərbaycanda onun əcdadları tərəfindən inşa olunan şəhəri tapıb.
Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bir alman səyyah əcdadlarının 200 ildən çox əvvəl Azərbaycanda inşa etdiyi şəhəri tapıb", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, söhbət Göygöl (keçmiş Helenendorf) şəhərindən gedir. Belə ki, bu şəhəri 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından köçən kolonistlər inşa ediblər. Göygöl şəhərindəki əsas alman abidələrindən biri Müqəddəs İohann Lüteran Kilsəsidir (Kirxa). Bu kilsə 1854-cü ildə inşa edilib və Azərbaycanın ilk lüteran kilsələrindən biridir. Hazırda kilsə binasında Göygöl rayon Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Bundan başqa, şəhərin mərkəzində XIX əsrə aid 300-dən çox alman evi qalmaqdadır.
Göygöldə yaşamış sonuncu alman Viktor Klayna məxsus olan tarixi ev də qorunur. Şəhərdə alman mühacirlər tərəfindən yaradılmış qəbiristanlıq hələ də mövcuddur. Bu abidələr kompleks şəkildə Azərbaycanın multikulturalizm tarixini əks etdirir və Helenendorf dövrünün izlərini daşıyır.
A German traveler just found the town his ancestors built in Azerbaijan over 200 years ago and it’s still there. Still alive. Still thriving. Ein deutscher Reisender hat gerade die Stadt entdeckt, die seine Vorfahren vor über 200 Jahren in Aserbaidschan gegründet haben pic.twitter.com/NHkRQfnpHH
— Nasimi Aghayev (@NasimiAghayev) April 5, 2026 Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.