İsrail iranlılar tərəfindən vurulmuş F-15 təyyarəsinin pilotunun xilas edilməsi əməliyyatında ABŞ-yə köməklik göstərib.
“Fox News” telekanalının məlumatına görə, bu yardım yalnız kəşfiyyat məlumatları ilə məhdudlaşmayıb. İsrail Müdafiə Ordusu (SAXAL) İranın axtarış bölgəsinə hava zərbələri endirmək cəhdlərinin qarşısını alıb.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat ən azı 36 saat davam edib. Bildirilir ki, polkovnik rütbəli pilot dağlıq ərazidəki yarıqda gizlənib və onu MKİ-nin xüsusi avadanlıqları sayəsində aşkar etmək mümkün olub.
“Fox News”un həmsöhbəti hadisəni şərh edərkən, “bu, həqiqətən də samanda iynə axtarmaq kimi bir şey idi” ifadəsini işlədib.
Sara,
NOCOMMENT.az