AZ

“Qəbələ” üçün “Kəpəz”ə yaxınlaşmaq imkanı - YENİLƏNİR

Misli premyer-liqası
3-cü dövrə, 26-cı tur
5 aprel
Kəpəz – Qəbələ 0:0

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 15:+6=4-5, 16:18.
2010/11 – 0:0, 0:0; 2011/12 – 3:2; 2012/13 – 1:0; 2015/16 – 3:0, 0:1; 2016/17 – 1:1, 2:0; 2017/18 – 1:6, 0:1; 2022/23 – 0:3, 2:2; 2023/24 – 0:1, 2:1; 2025/26 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Yevlax, şəhər stadionu. Saat 15.30.

Elitada qalmaq uğrunda mübarizə aparan komandaların duelibəzi suallara aydınlıq gətirə bilər. “Qəbələ”ni 5 xal qabaqlayan “Kəpəz” fərqi artırsa, demək olar ki, hədəfinə çatacaq. Əks halda, “qırmızı-qaralar”ın ümidləri yenidən cücərəcək. Əlbəttə, Kaxaber Sxadadzenin komandası bu matçda qalib gəlmək üçün tər tökməyə məcburdu. Çünki “sarı-göylər” son 4 matçda avrokuboklara vəsiqə qazanmaq istəyən rəqiblərdən xal ala bilib. “Qəbələ” isə sonuncu dəfə 18-ci turda qələbə qazanıb.

Bu komandalar indiyə qədər 30 dəfə qarşılaşıb. Bunların 10-da “sarı-göylər”, 12-də “qırmızı-qaralar” qalib gəlib, 8-də “sülh” qeydə alınıb. Topların nisbətində “Qəbələ” öndədi – 37:28.

Sumqayıt – Neftçi
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 26:+9=4-13, 30:34.
2011/2012 – 0:3; 2012/13 – 3:2; 2013/14 – 1:2, 2:0; 2014/15 – 0:1, 0:1; 2015/16 – 1:2, 2:1; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 2:0; 2018/19 – 0:2, 1:2; 2019/20 – 2:4; 2020/21 – 0:0, 0:1; 2021/22 – 1:1, 0:2; 2022/23 – 2:2, 0:4. 2023/24 – 0:1, 2:1; 2024/25 – 2:0, 2:2; 2025/26 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-40-40.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.00.

“Sabah”ın da meydanından məğlub ayrılan “Sumqayıt” avrokubok hədəfini kənara qoydu. Bu səbəbdən, komandanın növbəti matçlarda hansısa ciddi uğur qazanmaq şansı azdı. Görünür, “kimyaçılar”ın yeganə hədəfi ortabablar sırasındakı yerini qorumaq olacaq. Əlbəttə, belə rəqib “Neftçi” üçün yaxşı fürsətdi. İkiillik həsrətdən sonra ölkəmizi Avropada təmsil etmək istəyən “ağ-qaralar” səfərdən qələbəylə ayrılmaqla bu istiqamətdə şansını önəmli dərəcədə artıra bilər. Paytaxt təmsilçisindən bir pillə öndə olan “Araz-Naxçıvan”ın bu tur liderlə - “Sabah”la qarşılaşacağını nəzərə alsaq, bakılılar qalib gəlməklə “qırmızı-ağlar”ı geridə qoya bilərlər.

Bu komandalar indiyə qədər 53 dəfə üz-üzə gəlib. Bunların 15-də “Sumqayıt”, 25-də “Neftçi” üstün olub, 13-də qalib müəyyənləşməyib. Topların nisbətində “ağ-qaralar” öndədi – 81:58.

6 aprel
Qarabağ – Karvan-Yevlax

“Qarabağ”ın bu rəqiblə ev oyununun balansı: 1:+1=0-0, 2:0.
2025/26 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-40-10.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.

Əlbəttə, “Qarabağ” “Sabah”la aradakı xal fərqinin azalmasını istəmir. Bu səbəbdən “Karvan-Yevlax”la matçda hansısa güzəştdən söhbət gedə bilməz. O başqa məsələ ki, ağdamlıların bu görüşə qədər istirahət etmək üçün vaxtı “Sabah”la müqayisədə azdı. Hər halda, komandanı məhz Masazır təmsilçisinə qarşı çətin kubok sınağı gözləyir. Yevlaxlılar isə sözün əsl mənasında “ölüm, ya qalım” mübarizəsi aparacaqlar. Çünki sonuncu sırada olan kollektivin şansları tükənmək üzrədi.

Bu komandalar indiyə qədər iki dəfə qarşılaşıb. Hər iki matç “Qarabağ”ın qələbəsiylə bitib. Təbii ki, “köhlən atlar” topların nisbətində öndədi – 4:0.

KƏNAN BAHADIR

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Son üç matçda qol vuran komanda qalib gəlib. “Kəpəz” son iki ev görüşündə qələbə qazanıb.
// “Neftçi” son 4 matçda qol vurub. “Sumqayıt” son 2 ev görüşündə qələbə qazanmayıb.

Seçilən
18
football-plus.az

1Mənbələr