AZ

Keşlədə 37 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evləri subasmaya məruz qalmış 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

FHN-dən Hafta.az-a verilən məlumata görə, hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.

Seçilən
16
21
hafta.az

10Mənbələr