AZ

İran onları EDAM ETDİ

İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb.

“Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarına daxil olmağa cəhd göstərib, obyektə ziyan vurub və onu yandırıblar”, – deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, edam edilən şəxslər digər hərbi obyektlərə daxil olmağa, polis məntəqələrinə və “Bəsic” qüvvələrinin yerləşdiyi məntəqələrə hücum etməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.

Xatırladaq ki, ötən ilin sonunda İranda ölkədəki iqtisadi vəziyyətlə bağlı genişmiqyaslı etirazlar başlamışdı.

Seçilən
11
4
nocomment.az

5Mənbələr