Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rumıniyalı məşqçi Mirça Luçeskunun xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti pisləşib.
Oxu.Az xəbər verir ki, bu barədə GSP.ro məlumat yayıb.
Məlumata görə, şənbə axşamı xəstədə yenidən ciddi ürək aritmiyaları yaranıb və onlar kardiologiya şöbəsinin növbətçi briqadası tərəfindən operativ şəkildə aradan qaldırılıb. Lakin bazar günü axşam aritmiyalar güclənib və müalicəyə cavab verməyi dayandırıb. Nəticədə xəstənin vəziyyəti daha da ağırlaşıb və onun Anesteziologiya və reanimasiya şöbəsinə köçürülməsi zəruri olub.
Xatırladaq ki, martın sonunda 80 yaşlı mütəxəssis kəskin miokard infarktı keçirib. Hadisə Rumıniya yığmasının məşqi zamanı baş verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.