AZ

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib – Yenilənib


Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya onun vəkili Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib.
O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb.

***11:08
Azərbaycan vətəndaşı Əfqan Sadıqov inzibati qaydada saxlanılıb və müvafiq inzibati iş çərçivəsində məhkəmə qarşısına çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsi Sadıqovu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilib:
“Söhbət sosial şəbəkədə polis əməkdaşını təhqir etməkdən gedir.
Cəza olaraq ona 2000 lari məbləğində cərimə tətbiq edilib, həmçinin Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar çıxarılıb”.

***10:38
Jurnalist Əfqan Sadıqov ötən gün Gürcüstanın paytaxtı Tbilisidə polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Tamta Mikeladze məlumat yayıb.
Vəkil bildirib ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb. Sadıqovun sosial mediada polis əməkdaşını təhqir etdiyi iddia olunur.
Seçilən
1
12
yeniavaz.com

10Mənbələr