İran ABŞ Silahlı Qüvvələrinin daha bir C-130 hərbi nəqliyyat təyyarəsini vurub.
Bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı məlumat yayıb.
"İlkin məlumata və hadisə yerində ekspertlər tərəfindən aparılmış əlavə yoxlamalara əsasən, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsinin və iki "Blək Huk" helikopterinin məhv edildiyi müəyyən edilib", - bəyanatda deyilir.
Daha əvvəl İsfahandan cənubda C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğu bildirilib.