AZ

İdman dünyasının iki nəhəngi bir arada: Xabib Nurmaqomedov və Arda Gülər Görüşdü - VİDEO

UFC tarixinin məğlubedilməz çempionu, əfsanəvi döyüşçü Xabib Nurmaqomedov və "Real Madrid"in gənc ulduzu Arda Gülər bir araya gəlib. İki fərqli idman növünün zirvəsində dayanan bu simaların görüşü sosial mediada geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, karyerasını 29-0 hesabı ilə məğlubiyyətsiz başa vuran və MMA dünyasının ən böyük siması hesab edilən Xabib Nurmaqomedov futbol dünyasına olan marağı ilə tanınır. O, gənc istedad Arda Gülərin uğurlarını yaxından izlədiyini və onun potensialına heyran qaldığını bildirib. Görüş zamanı ikili həm idman karyeraları, həm də uğura gedən yolun çətinlikləri barədə səmimi söhbət ediblər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
19
1
milli.az

2Mənbələr