AZ

Overçuk Ermənistana xəbərdarlıq etdi

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib ki, Avropa İttifaqına (Aİ) daxil olacağı təqdirdə, Ermənistanın Rusiya ilə hava əlaqəsi olmayacaq.

Publika.az xəbər verir ki, Overçuk bu barədə "Birinci kanal"ın efirində bildirib.

"Hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu isə o deməkdir ki, bizim Ermənistanla da hava əlaqəmiz olmayacaq", - Overçuk vurğulayıb.

O qeyd edib ki, Ermənistan vətəndaşları Avropaya inteqrasiya istiqamətində qəbul edilmiş kursun potensial nəticələrini dərk etməlidirlər.

Seçilən
1
16
publika.az

10Mənbələr