AZ

Dağıstanda daşqın yaşayış binasının uçmasına səbəb olub

ain.az, Azertag saytına istinadən bildirir.

Moskva, 5 aprel, AZƏRTAC

Maxaçqalada güclü yağışlardan sonra baş verən daşqın nəticəsində çoxmənzilli yaşayış binası uçub. Daha bir neçə binanın da uçma təhlükəsi ilə üzləşdiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su ilə yuyulub. Bundan sonra bina çökməyə başlayıb və şahidlərin gözü qarşısında uçub, bu zaman içəridə insanların olduğu ehtimal edilir.

FHN əməkdaşları təxliyə və axtarış-xilasetmə işləri aparırlar.

Şəhər meriyasından bildirilib ki, azı daha dörd çoxmənzilli yaşayış binasının uçma təhlükəsi var və bu binalardan artıq 300 nəfərə yaxın insan təxliyə olunub. Maxaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.

Prokurorluğun məlumatına görə, yaşayış binasının uçması faktı ilə bağlı yoxlamaya başlanılıb.

Güclü yağışlar regionda genişmiqyaslı daşqınlara səbəb olub. Dağıstanda 1000-dən çox ev hələ də su altında qalır, o cümlədən Maxaçqala, Dərbənd və Xasavyurt şəhərlərində binalara ziyan dəyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
4
azertag.az

5Mənbələr