AZ

Premyer Liqa: “Neftçi” “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasının 26-cı turunda “Neftçi” səfərdə “Sumqayıt”a qalib gəlib.

KONKRET.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 1:3 hesablı qələbəsi ilə başa çatıb.

“Ağ-qaralar”ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.

“Neftçi” 40 xalla 5-ci, “Sumqayıt” 32 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Qəbələ” “Kəpəz”i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.

Seçilən
0
11
konkret.az

10Mənbələr