AZ

Bu pullar sabahdan etibarən kartınızdan çıxılacaq

Oktyabr–aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır.

 

Bu barədə “Bakı Kart” məlumat yayıb.

 

“Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Tarix: 5 Aprel 2026, 21:18   
Seçilən
1
26
pravda.az

10Mənbələr