AZ

4 ölkəni eyni anda vurdu: Müharibə yenidən qızışır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

İranın regionda gərginliyi artırması və dörd ölkəyə eyni anda zərbələr endirməsi dünya mediasının diqqət mərkəzindədir. "Gerçək Vəd 4" əməliyyatının 96-cı dalğası çərçivəsində həyata keçirilən bu hücumlar həm hədəf miqyası, həm də strateji nəticələri baxımından narahatlıq doğurur.İran İnqilab Keşikçiləri Korpusu İsrailin Hayfa şəhərindəki neft emalı zavodunu və şəhər mərkəzini hədəf alıb. Raketlərin bir qisminin İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini keçərək binalara dəyməsi sistemin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Hücumlar təkcə İsraillə məhdudlaşmayıb. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdəki ABŞ-la əlaqəli enerji və neft-kimya müəssisələrinə də ciddi zərbələr endirilib.Xüsusilə BƏƏ-nin Habşan bölgəsindəki qaz müəssisələrində və Ruveysdəki neft-kimya zavodunda genişmiqyaslı yanğınların baş verdiyi bildirilir. Küveytin Şuaybe bölgəsindəki müəssisədə isə fəaliyyət tamamilə dayanıb. Rəsmi Tehran bu addımı öz mülki infrastrukturuna edilən hücumlara cavab kimi qiymətləndirib.İnqilab Keşikçiləri Korpusunun bəyanatında bildirilir ki, bu zərbələr düşmənin hava məkanındakı hakimiyyət iddialarını boşa çıxarıb. Mətndə sivil hədəflərə qarşı hücumların davam edəcəyi təqdirdə cavab tədbirlərinin ikinci mərhələsinin daha dağıdıcı olacağı barədə sərt xəbərdarlıq yer alıb.Diqqətçəkən məqamlardan biri də atılan raketlərdən birinin üzərinə fevral ayında baş verən hücumlarda həyatını itirən azyaşlı məktəbli Mehniya Hasanzadənin fotosunun yapışdırılmasıdır.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
demokrat.az

1Mənbələr