AZ

Dərbənddə bənd yarıldı, yaşayış məntəqələri su altında qaldı

Dağıstanın Dərbənd şəhərində su anbarının torpaq bəndi yarılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisəyə yağıntılar səbəb olub.

"Güclü yağıntılar nəticəsində su anbarı həddindən artıq dolub, nəticədə torpaq bənddə yarılma baş verib. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvə və vasitələri cəlb olunub", — deyə məlumatda bildirilir.

İlkin məlumata görə, hadisə nətiəsində yaxınlıqdakı yaşayış məntəqələri su altında qalıb.

Seçilən
7
33
publika.az

10Mənbələr